G7 qrupu Ukraynanın təhlükəsizlik təminatı üçün beynəlxalq ümumi prinsiplər hazırlayır

Tokio, 12 iyul , /AJMEDIA/

NATO-nun Vilnüsdə keçirilən sammiti çərçivəsində G7 qrupu Ukraynanın təhlükəsizliyinə zəmanət vermək üçün beynəlxalq ümumi prinsipləri razılaşdıracaq.
AJMEDIA xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunakın ofisi məlumat yayıb. Məlumata görə, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya nümayəndələrinin birgə bəyannaməni imzalamasından sonra tərəfdaşlar Ukraynaya daha çox hərbi texnika tədarük edəcək, kəşfiyyat məlumatlarının mübadiləsini artıracaq və sürətləndirəcək, kiber və hibrid təhlükələrdən müdafiə üçün göstərilən dəstəyi gücləndirəcək, təlim proqramlarını və hərbi təlimləri genişləndirəcək və Ukraynanın sənaye bazasını inkişaf etdirəcəklər. Belə əlaqələndirilmiş yardımın məqsədi həm bu gün, həm də gələcəkdə öz ərazi suverenliyini qoruya biləcək Ukrayna qurmaqdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts