G7 ölkələri İranı Rusiyaya hərbi yardımlarını dayandırmağa çalışacaq

Tokio, 17 aprel , /AJMEDIA/

G7 ölkələri İranın Rusiyaya hərbi yardımlarını dayandırmağa çalışacaqlar.

AJMEDIA xəbər verir ki, bu barədə G7 xarici işlər nazirlərinin Yaponiyanın Karuizava kurort şəhərində keçirilən görüşündə razılıq əldə edilib. Qeyd edilib ki, görüşün İrana həsr edilmiş xüsusi sessiyasında XİN başçıları İranın Rusiya ordusuna göstərdiyi yardımlara son verməsini tələb etməyə davam etməkdə razılaşıblar.

Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi İranla yaxın əlaqələr malik olan Yaponiyanın bu istiqamətdə diplomatik səylər göstərdiyini vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts