Fransada dərin sosial qəzəb iğtişaşların davam etməsini uzada bilər

Tokio, 30 iyun , /AJMEDIA/

Nanterdə Nahelin ölümündən sonra baş verən zorakılıqların hələ uzun müddət davam edəcəyi ehtimal olunur. Şəhərətrafı qəsəbələrdə sosial qəzəbin dərinləşdiyi xüsusi vurğulanır.
AJMEDIA xəbər verir ki, Nanterdə yol yoxlaması zamanı polis tərəfindən öldürülən gənc Nahelin ölümündən sonra Fransanın şəhərlərini bürüyən iğtişaşların hələ uzun müddət davam edəcəyi böyük narahatlıq doğurur. 2005-ci ildə polisdən qaçıb elektrik transformatorunda gizlənmək istəyərkən ölən Zyed və Buna işi ilə bağlı gərginlik 3 həftədən çox davam etmişdi.
Şəhər sakinləri yenidən 2005-ci il hadisələrini yaşamaqdan qorxurlar. İnsanların qəzəbini nəzərə almaq, ciddi cavablar vermək və həll yolları tapmağa çalışmaq lazımdır. Bir çox aidiyyəti assosiasiyalar təxminən 20 il ərzində şəhərətrafı qəsəbələrdə dəyişiklik olmamasından gileylənirlər. Qəzəbin çox dərin olması ilə bağlı həyəcan təbili çalırlar.
Bildirilir ki, ölkədə iğtişaşların yeni dalğası təkcə polis məsələsi deyildir. İnsanların qəzəbi həm də onların sosial vəziyyətindən irəli gəlir. Şəhərətrafı qəsəbələrdə yaşayan insanların hətta gündəlik qidalanmasında problemlər yaşanır. Gənclər gündəlik qidalanma ilə bağlı yardım istəməyə gəlirlər.
Şəhərətrafı qəsəbələrin sakinləri normal məktəblər, səhiyyə sistemi, məşğulluq və mənzillə təmin olunmaq istəyirlər. Ən əsası, onlar polisin onlara hörmətlər yanaşmasını istəyirlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts