Fransada atışma nəticəsində 5 nəfər yaralanıb

Tokio, 14 may , /AJMEDIA/

Fransanın Villerup və Audun-le-Tiş şəhərlərində silahlı hücumlar nəticəsində 5 nəfər yaralanıb.

AJMEDIA-nın məlumatına görə, Fransa mətbuatında yer alan xəbərə görə, Villerup şəhərində əvvəlcə silahlı şəxs park edilmiş avtomobillərdə olan gənclərə atəş açıb.

Hücum nəticəsində 3-ü ağır olmaqla ümumilikdə 4 nəfər yaralanıb. Hücum edən şəxs avtomobillə hadisə yerindən qaçıb.

Villerup şəhərindən təxminən 3 kilometr aralıda yerləşən Audun-le-Tiş şəhərində isə silahlı hücum nəticəsində daha bir nəfər yaralanıb.

Yaralılar müxtəlif xəstəxanalara aparılıb.

Hücumların narkotik ticarətlə əlaqəli olduğu düşünülür

Follow us on social

Facebook Twitter Youtube

Related Posts