Ermənistan KTMT-dən çıxacaq?

Tokio, 22 may , /AJMEDIA/

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) yararsız hesab edəcəyi təqdirdə təşkilatdan çıxacaq.
AJMEDIA xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə mətbuat konfransında deyib.
“Əgər Ermənistan KTMT-dən çıxmaq barədə hüquqi qərar qəbul etsə, bu, təşkilatın İrəvanı tərk etməsindən sonra baş verəcək. Əgər KTMT fəaliyyətsiz təşkilata çevrilərsə, məsələ gündəliyə gələcək. O zaman biz təhlükəsizliyimizi özümüz təmin etməli olacağıq”, – deyə Paşinyan bildirib.
Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi 1992-ci il mayın 15-də Daşkənd şəhərində imzalanıb. Hazırda təşkilata altı dövlət – Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ermənistan, Belarus və Rusiya daxildir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts