Edinburq şəhərində ilk pilotsuz avtobuslar xəttə buraxılıb

Tokio, 16 may , /AJMEDIA/

Şotlandiyada sərnişin daşımalarını həyata keçirəcək ilk pilotsuz avtobuslar marşruta buraxılıb.
AJMEDIA BBC News agentliyinə istinadla xəbər verir ki, həmin avtobuslarda iki nəfərdən ibarət ekipaj üzvü çalışır. Onlardan biri yola və göstəricilərə nəzarət edir, digəri isə bilet satır və sərnişinlərə yardım göstərir.
Şotlandiyanın paytaxtı Edinburqla Firth of Forth körfəzinin digər tərəfində yerləşən Fife dairəsi arasındakı 21 kilometrlik marşrut üzrə saatda 75 kilometrədək sürətlə hərəkət edən beş pilotsuz avtobus həftədə 10 min sərnişinə xidmət göstərəcək. O, ölkədə hökumət tərəfindən maliyyələşən və rəsmən qeydiyyatdan keçən ilk pilotsuz marşrut kimi tarixə düşüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts