Donetsk vilayətinin Konstantinovka şəhərinin raket atəşinə tutulması nəticəsində altı nəfər ölüb

Tokio, 2 aprel , /AJMEDIA/

Aprelin 2-də Rusiya ordusu Donetsk vilayətinin Konstantinovka şəhərini S-300 raketləri ilə atəşə tutub. Nəticədə 6 nəfər həlak olub, 8 nəfər isə xəsarət alıb.
AJMEDIA xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak tviter səhifəsində yazıb.
O əlavə edib ki, Rusiya S-300 sistemlərindən iki zərbə endirib, “Uraqan”dan isə dörd yaylım atəşi açıb.
“16 yaşayış binası, 8 fərdi ev, uşaq bağçası, Konstantinovka dövlət vergi idarəsinin binasında dağıntılar var”, – deyə Andrey Yermak qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts