Danimarkadan Ukraynaya hərbi yardımın həcmi 3 milyard dolları ötə bilər

Tokio, 20 iyun , /AJMEDIA/

Danimarka Ukraynaya hərbi yardımın həcmini üç milyard dollardan çox artırmağı planlaşdırır.
AJMEDIA xəbər verir ki, Danimarka müdafiə nazirinin səlahiyyətlərini icra edən Troyels Lund Poulsen Kopenhagendəki xüsusi tədbirdə müvafiq planları təqdim edib.
Danimarka Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, Ukraynaya 2023-2028-ci illər ərzində hərbi yardımın ümumi məbləği 21,9 milyard Danimarka kronuna (3,2 milyard ABŞ dolları) qədər artırılacaq.
Yardım xüsusi fond vasitəsilə təqdim olunacaq. Fondun 7 milyard Danimarka kronu (1 milyard dollardan artıq) həcmində vəsaitlərin həm humanitar, həm də hərbi ehtiyaclara ayrılması planlaşdırılır.
Danimarka bu ilin martında Ukraynanın ən böyük donorlarından biri olmaq niyyətini bəyan edib və Kiyevə yardım göstərmək üçün əlavə vəsaitlərin ayrılması ilə bağlı planlarını açıqlayıb.
Skandinaviya Krallığı Ukrayna Silahlı Qüvvələrini çox böyük ehtimalla qırıcı təyyarələrlə də təchiz edə bilər. Ukrayna pilotlarından ibarət birinci qrup artıq yaxın vaxtlarda F-16 qırıcılarında təlimə başlamalıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts