Danimarka və İsveç səfirləri İndoneziya XİN-ə çağırılıb

Tokio, 1 avqust , /AJMEDIA/

Danimarka və İsveç səfirləri həmin ölkələrdə Qurani-Kərimin təhqir olunması ilə əlaqədar İndoneziya Xarici İşlər Nazirliyinə çağırılıb.
AJMEDIA Antara informasiya agentliyinə istinadla xəbər verir ki, İndoneziya tərəfi bu hərəkətləri qətiyyətlə pisləyərək mövqeyini açıq şəkildə diplomatik nümayəndəliklərin rəhbərlərinə çatdırıb. İndoneziyanın xarici siyasət idarəsi həmin aksiyaların təşkilatçılarının ədalətli şəkildə cəzalandırılacağını gözlədiyini vurğulayıb.
“Baş verənlər ifadə azadlığının təzahürü kimi şərh edilə bilməz, çünki onlar böyük fəsadlara gətirib çıxarır. İndoneziya bu cür düşünən yeganə ölkə deyil, bir çox dövlətlər oxşar nöqteyi-nəzərdən çıxış ediblər”, – deyə XİN-dən bildiriblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts