Tokio, 11 avqust , /AJMEDIA/
Son günlər Çinin şimalındakı Hebey əyalətinə yağan güclü yağışlar nəticəsindən 29 nəfər ölüb.
AJMEDIA xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, 16 nəfər itkin düşüb. Xilasedicilər axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.
Bundan əvvəl əyalətdə doqquz nəfərin öldüyü və altı nəfərin itkin düşdüyü barədə məlumat verilmişdi.