Tokio, 8 iyul , /AJMEDIA/
Azərbaycan Çində keçirilən beynəlxalq turizm sərgilərində iştirakını artırmağı planlaşdırır.
AJMEDIA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov Bakıda keçirilən “ŞƏT Nümayiş Zonası – Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransı”nda deyib.
O bildirib ki, bu ilin birinci yarısında Çindən Azərbaycana 16 min 609 turist səfər edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 135 faiz çoxdur.