Çin “Şencou-16” kosmik missiyasını orbitə göndərib

Tokio, 30 may , /AJMEDIA/

Çin kosmos proqramı çərçivəsində “Şencou-16” missiyasına start verib.
AJMEDIA Çinin Kosmos Agentliyinə istinadla xəbər verir ki, kosmik gəmini orbitə aparan “Böyük yürüş-2F Y16” (Long March 2F-Y16) raketdaşıyıcısının buraxılışı mayın 30-da yerli vaxtla saat 9:31-də Qobi səhrasındakı Ciuçüən kosmodromunda baş tutub.“Şencou-16” kosmik gəmisində daha əvvəl kosmosda olmuş Cin Haypen (komandir) və Çinin 3-cü nəsil kosmonavtları Cu Yancu və Quy Hayçao orbitə göndərilib. “Şencou-16” gəmisi Çinin kosmik stansiyası ilə birləşəndən və sonra kosmonavtlar stansiyaya keçəcəklər. Ondan sonra “Şencou-15” missiyasının üzvləri Yerə qayıdacaqlar.
“Şencou-16” missiyasının isə təxminən 5 ay kosmosda qalması planlaşdırılır. Onlar kosmik stansiyada, habelə stansiya xaricində müxtəlif eksperiment və texniki yoxlamalar kimi bir çox vəzifələri yerinə yetirəcəklər.
Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmik stansiya idarəetmə mərkəzi, heyətin yaşayış yeri və iki laboratoriya kapsullarından ibarətdir. Ümumi çəkisi 70 ton təşkil edən stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts