Çin orbitə bir neçə peyk göndərib

Tokio, 22 mart , /AJMEDIA/

Çin atmosfer mühitini öyrənmək və müşahidə etmək üçün orbitə peyklər qrupu göndərib.

AJMEDIA xəbər verir ki, “Yunhai-2 02” peyklərini orbitə aparan “Böyük yürüş-2D” (Long March-2D) daşıyıcı raketinin buraxılışı ölkənin şimal-qərbindəki Ciuçüen peyk buraxılış mərkəzində günorta saatlarında baş tutub. “Çin kosmos elmləri və texnologiyaları” korporasiyası peyklərin planlaşdırılan orbitə daxil olduğunu açıqlayıb.

“Yunhai-2” seriyasından 2-ci mərhələnin peykləri atmosfer mühitinin müəyyənləşdirilməsi, kosmosun monitorinqi, təbii fəlakətlərin nəticələrinə qarşı mübarizə və elmi məqsədlər üçün istifadə olunacaq.

Qeyd edək ki, bu, “Böyük yürüş” seriyasından 513-cü raket buraxılış olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts