Çin hərbi gəmiləri Çin və Pakistan vətəndaşlarını Sudandan təxliyə edir

Tokio, 30 aprel , /AJMEDIA/

Sudandan təxliyə edilən 340 Çin vətəndaşı Səudiyyə Ərəbistanının Ciddə şəhərindən təyyarə ilə Pekinə qayıdıb.
AJMEDIA Çin Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, Çin münaqişənin davam etdiyi Sudandan indiyədək 940 vətəndaşını, habelə 231 əcnəbini hərbi gəmilər vasitəsilə Sudandan Səudiyyə Ərəbistanına təxliyə edib. Çinin təxliyə etdiyi əcnəbilərin əsas hissəsi Pakistan vətəndaşlarıdır. Çin vətəndaşları mərhələli şəkildə Səudiyyə Ərəbistanından Çinə gətiriləcək.
Qeyd edək ki, aprelin 15-də Merov və Xartum şəhərlərində hökumətə bağlı yarımhərbi çevik dəstək qüvvələri ilə Sudan ordusu arasında toqquşmalar başlayıb. Səhiyyə Nazirliyinin məlumatına görə, qarşıdurmalarda həyatını itirənlərin sayı 528-ə, yaralı sayı isə 4599-a yüksəlib. Qarşıdurmalarda ölkənin 12 əyaləti zərər çəkib. Beşinci dəfə elan olunan atəşkəsin ikinci günündə tərəflər arasında qarşıdurma davam edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts