Çilidə meşə yanğınları qurbanlarının sayı 60 nəfəri ötüb

Tokio, 4 fevral , /AJMEDIA/

Valparaisoda meşə yanğınları nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb.

AJMEDIA xəbər verir ki, bu barədə ölkə Prezidenti Qabriel Boriç məlumat verib.

O, Prezident Administrasiyasının X sosial şəbəkəsindəki səhifəsində yayımlanan mətbuat konfransında deyib: “Bu günə qədər təəssüf ki, 64 nəfərin öldüyünü təsdiq edə bilərəm. Biz bilirik ki, bu rəqəm xeyli artacaq”.

Boriç, həmçinin fevralın 5-dən etibarən ölkədə iki günlük matəm elan edib. Onun sözlərinə görə, təkcə Kilpe kommunasında yanğın nəticəsində 1,3 mindən çox ev yanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts