BRICS üzvlərinin sayı 50-ni ötə bilər

Tokio, 19 iyul , /AJMEDIA/

Genişlənmə prosesində olan BRICS qrupu (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) 50-dən çox ölkəni birləşdirə bilər. Bu barədə “Independent Online” məlumat yayıb.
AJMEDIA xarici KİV-ə istinadla xəbər verir ki, Cənubi Afrika Respublikasının Xarici İşlər Nazirliyindəki xüsusi tapşırıqlar üzrə səfiri Anil Suklalın sözlərinə görə, bir çox dövlət, o cümlədən Misir, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya və Argentina BRICS-ə qoşulmaq istəyir. BRICS gələcəyin dünyasını təmsil edir və Qlobal Cənubun təsiri artmaqdadır. BRICS dünyada yaxşılığa doğru dəyişiklik üçün katalizator kimi qəbul edilməlidir.
Suklalın fikrincə, BRICS qrupu iqtisadi və geosiyasi gücünə, habelə maliyyə potensialına görə cəlbedicidir. Dedollarizasiya məsələsi qarşıdan gələn BRICS sammitinin gündəliyində yoxdur. Yerli valyutalarla ticarətdə əməkdaşlığın dərinləşdirilməsi ideyası üzərində işlər davam etdiriləcək. Ölkələr daha çox maliyyə çevikliyinə malik olmaq və dollardan daha az asılı olmaq istəyirlər.
Anil Suklalın sədrliyi ilə BRİCS-in genişləndirilməsi konsepsiyası və prinsipləri işlənib-hazırlanıb. Layihə birliyin XİN başçılarına göndərilib. Onların bunu öyrənərək, qrupun avqust ayında Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində avqust ayında keçiriləcək sammitinin iştirakçılarına öz tövsiyələrini çatdıracaqları gözlənilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts