Bayden Konqresi təcili olaraq Ukraynaya yardım haqqında qanun layihəsini qəbul etməyə çağırıb

Tokio, 18 fevral , /AJMEDIA/

ABŞ Prezidenti Co Bayden Ukrayna qoşunlarının Avdeyevkadan çəkilməsindən sonra konqresmenləri Ukraynaya əlavə hərbi yardım haqqında qanun layihəsini dərhal nəzərdən keçirməyə və qəbul etməyə çağırıb.

AJMEDIA xəbər verir ki, bu barədə Ağ Ev-dən bildirilib.

Baydenin Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı barədə məlumat yayan Ağ Evin açıqlamasında deyilir: “Ukrayna hərbçiləri Konqresin hərəkətsizliyi nəticəsində təchizatın azalması səbəbindən döyüş sursatından istifadəni azaltmaq məcburiyyətində qaldıqdan sonra Avdeyevkadan geri çəkilməyə məcbur olub”.

Bayden jurnalislərə açıqlamasında bildirib ki, onun administrasiyası Konqresə Kiyev üçün əlavə maliyyə ayrılmasını təsdiqləməyə nail ola biləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts