Banqladeşdə avtobus qəzasında 17 nəfər ölüb, 35 nəfər yaralanıb

Tokio, 22 iyul , /AJMEDIA/

Banqladeşin cənubunda sərnişin avtobusunun yoldan çıxaraq gölməçəyə düşməsi nəticəsində azı 17 nəfər həlak olub, 35 nəfər yaralanıb.
AJMEDIA bu barədə Dhaka Tribune nəşri məlumat yayıb. İlkin versiyaya görə, avtobusun təkəri partladıqdan sonra sürücü idarəetməni itirib. Nəticədə avtobus aşıb və yol kənarındakı gölməçəyə düşüb.
Sərnişinlərdən 13-ü hadisə yerində, daha 4-ü xəstəxanada ölüb. Ölənlər arasında yeddi azyaşlının və beş qadının olduğu bildirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts