BƏƏ Əfqanıstana humanitar yardım göndərib

Tokio, 3 sentyabr, /AJMEDIA/

BMT Baş katibi Antonio Quterreşin Əfqanıstanda humanitar fəlakət gözlənildiyi barədə bəyanatından sonra Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Kabilə tibbi ləvazimat və ərzaq yardımı dolu təyyarə göndərib. Bu barədə rəsmi “Emirates” agentliyi məlumat yayıb.

AJMEDIA xəbər verir ki, BƏƏ-nin Qızıl Aypara Cəmiyyəti minlərlə əfqanıstanlının, xüsusən qadınlar, uşaqlar və yaşlıların ehtiyaclarının təmin edilməsi məqsədilə humanitar yardım kampaniyasının davam edəcəyini açıqlayıb.

Humanitar yardımla yanaşı, BƏƏ hökuməti sığınacaq verdiyi 5 min Əfqanıstan qaçqını üçün salınmış düşərgələrdə ərzaq təminatı və tibbi xidmət məsələlərini də həll edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts