AZAL Bakı-Naxçıvan-Bakı istiqamətində səyahəti əvvəlcədən planlaşdırmağı tövsiyə edir

Tokio, 6 noyabr , /AJMEDIA/

Azərbaycanda noyabrın 8-dən 12-dək uzunmüddətli qeyri-iş günlərini nəzərə alaraq, AZAL reyslərə tələbatın artması ilə əlaqədar Bakı-Naxçıvan arasında uçuşlara aviabiletlərin əvvəlcədən əldə edilməsini tövsiyə edir.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən AJMEDIA-ya verilən məlumata görə, aviadaşımaların pik dövrü həmişə sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur.

Qeyd edək ki, hazırda Bakıdan Naxçıvana və əks istiqamətdə gündəlik uçuşların sayı 6 reys təşkil edir.

Zərurət olduqda, aviaşirkət sərnişinlərin tələbatını ödəmək üçün əlavə reyslər açmağa hazırdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts