Azərbaycanın turizm imkanları və məhsullarının təqdimatı üçün infoturların təşkili planlaşdırılır

Tokio, 27 may , /AJMEDIA/

Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən “AirBaltic” aviaşirkətinin birbaşa reysi ilə Latviyanın turizm sənayesi nümayəndələrini Azərbaycanın turizm imkanları və məhsulları ilə yaxından tanış etmək, qarşılıqlı kommunikasiya və əməkdaşlıq əlaqələrini genişləndirmək məqsədilə infoturun təşkili planlaşdırılır.
Bu barədə AJMEDIA-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib ki, ənənəvi bazarlardan sayılan Rusiya bazarı üzrə marketinq və təbliğat işləri davam etdirilməkdədir. 2023-cü ilin ilk 4 ayında Azərbaycanı 166 min 276 Rusiya vətəndaşı ziyarət edib ki, bu rəqəm də ötən ilin eyni dövrü ilə müqayisədə 92 faiz artım deməkdir. “Rusiyadan səfərlərin sayının təşviq edilməsi məqsədilə Azərbaycan Turizm Bürosu avqust ayında Moskva və Sankt-Peterburq şəhərlərində ölkəmizin turizm imkanları ilə əlaqədar silsilə təqdimat tədbirlərinin keçirilməsini planlaşdırır. Azərbaycan Turizm Bürosu təkcə mart ayında ölkəmiz haqqında məlumatlılığı artırmaq və turizm məhsullarını təqdim etmək məqsədilə Rusiyanın Moskva şəhərində keçirilən “Luxury Travel Mart (Spring Edition)” B2B formatlı tədbirində, eləcə də “MITT” beynəlxalq səyahət və turizm sərgisində yerli tərəfdaşlarla birgə təmsil olunub”,- deyə məlumatda qeyd olunub

Follow us on social

Facebook Twitter Youtube

Related Posts