Avstraliyada məktəb avtobusu qəzaya uğrayıb, 45 uşaq xəsarət alıb

Tokio, 17 may , /AJMEDIA/

Avstraliyanın cənub-şərqində məktəb avtobusu ilə yük maşınının toqquşması nəticəsində 45 uşaq xəsarət alıb, onlardan 18-i xəstəxanaya yerləşdirilib.
AJMEDIA ABC radiostansiyasına istinadla xəbər verir ki, qəza Melburn şəhəri ətrafında qeydə alınıb. Yüksək sürətlə hərəkət edən yük avtomobili ibtidai sinif şagirdlərini daşıyan avtobusa çırpılıb. Nəticədə avtobus yoldan çıxaraq aşıb.
Yaralılardan yeddisi təcili əməliyyat olunmaları üçün Melburna, altısı isə Sanşayn-Kost şəhərinə çatdırılıb. Onlardan üçünün vəziyyəti ağırdır. Qəzaya səbəb olan yük maşınının sürücüsü saxlanılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts