Avstraliya Ukraynadakı səfirliyinin fəaliyyətini dayandırıb

Tokio, 13 fevral, /AJMEDIA/

Avstraliyanın Xarici İşlər Nazirliyi Ukraynadakı səfirliyin fəaliyyətinin dayandırılması barədə göstəriş verib.

AJMEDIA xəbər verir ki, bu barədə nazirliyin saytında fevralın 13-də yerləşdirilən məlumatda bildirilir.

“Ukrayna sərhədlərində Rusiya qoşunlarının yerləşməsi nəticəsində təhlükəsizliklə əlaqədar vəziyyətin pisləşməsini nəzərə alaraq hökumət Avstraliya səfirliyinin əməkdaşlarının Kiyevi tərk etməsi və bu şəhərdəki səfirliyini işinin dayandırılması barədə qərar qəbul edib”, – deyə məlumatda bildirilir. Avstraliyanın müvəqqəti nümayəndəliyinin Lvov şəhərində fəaliyyət göstərəcəyi qeyd edilir.

Xarici İşlər Nazirliyi bir daha Avstraliya vətəndaşlarını Ukrayna ərazisini tərk etməyə çağırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts