Avstraliya polisi dəyəri 180 milyon dollar olan narkotik vasitə müsadirə edib

Tokio, 24 may , /AJMEDIA/

Avstraliya sərhəd polisi pərakəndə satış dəyəri təxminən 180 milyon ABŞ dolları olan 300 kiloqramdan çox metamfetamin aşkarlayaraq müsadirə edib.
AJMEDIA yerli mediaya istinadla xəbər verir ki, narkotik vasitə Avstraliyanın Yeni Cənubi Uels ştatına gələn gəmidəki polad hidravlik presləyici dəzgahın içində olub. Texniki müşahidə zamanı hidravlik presin içində ağ rəngli maddə olduğu müəyyən edilib. Dəzgah hissələrə ayrıldıqdan sonra 79 ədəd dairəvi metamfetamin bloku aşkarlanıb. Bloklar bəlli olmasın deyə qurğuşunla ötrüklənib.
Polisin açıqlamasında deyilir ki, narkotik vasitə müsadirə olunmasaydı, küçələrdə ən azı 3 milyon nəfərə satıla bilərdi.
Qeyd edək ki, qeyri-rəsmi statistikaya əsasən, Avstraliyada hər gün orta hesabla 33 nəfər metamfetaminin səbəb olduğu hallar ucbatından xəstəxanaya düşür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts