Avropa və Cənubi Qafqaz perspektivindən iqlim fəaliyyətləri üçün imkanlar və çətinliklər – seminar

Tokio, 22 may , /AJMEDIA/

Mayın 22-də ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun, Belçikanın ölkəmizdəki səfirliyinin və Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin təşkilatçılığı ilə “Avropa və Cənubi Qafqaz perspektivindən iqlim fəaliyyətləri üçün imkanlar və çətinliklər” mövzusunda seminar keçirilib.

AJMEDIA xəbər verir ki, tədbirdə davamlı gələcək, yaşıl iqtisadiyyat, enerji və iqlim məsələləri müzakirə edilib.

Seminarın açılış mərasimində çıxış edən ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə ADA Universitetində COP29 və Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində iqlim dəyişikliyi ilə bağlı iyirmiyədək tədbirin keçirildiyini vurğulayıb. O, COP29-un sülh təşəbbüslərini irəli sürmək üçün əvəzsiz platforma olduğunu bildirib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov çıxışında qeyd edib ki, iqlim dəyişikliyinə qarşı mübarizəni Azərbaycan dövləti hər zaman diqqət mərkəzində saxlayır, neft və qaz ölkəsi olmasına baxmayaraq yaşıl enerji ilə bağlı öhdəliklərini layiqincə yerinə yetirir.

Çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva COP29-u tərəfləri bir araya gətirən, onlara mürəkkəb qərarlar qəbul etmək üçün platforma təqdim edən tədbir kimi qiymətləndirib. O qeyd edib ki, bu konfrans dünyada mürəkkəb geosiyasi vəziyyətin olduğu bir dövrdə keçirilir. Gənclərin cəmiyyətin gələcəyi olduğunu vurğulayan Vladenka Andreyeva bu konfransda onların iştirakının əhəmiyyətindən danışıb.

COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Leyla Həsənova seminarda çıxışı zamanı uşaqlar və gənclərin iqlim dəyişikliyi və təbiətin qorunması ilə bağlı məlumatlandırılmasının və bu mövzunun tədris olunmasının əhəmiyyətini vurğulayıb.

Belçika Xarici İşlər Federal Dövlət Xidmətində ətraf mühit və iqlim siyasəti əməkdaşlığı üzrə direktor müavini Ulrik Lenerts ölkəmizdə keçiriləcək COP29-a hazırlıq proseslərini yüksək qiymətləndirib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Macarıstan heyətinin rəhbəri Veronika Bagi Azərbaycanın COP29-la bağlı digər ölkələrlə danışıqlar apararaq üzərinə böyük öhdəlik götürdüyünü söyləyib. O bildirib ki, COP29-a ev sahibliyi edən ölkə COP28 və COP 30 ölkələri ilə sıx əməkdaşlıq etməlidir. Gənclərin bu prosesdə iştirakının əhəmiyyətini vurğulayan Veronika Bagi iqlim dəyişikliyi ilə bağlı yaşlıların da gənclərdən nələrisə öyrənməli olduğunu deyib.

Gürcüstanın İlya Universitetinin dosenti və Energetika üzrə tədqiqatlar mərkəzinin rəhbəri Murman Marqvelaşvili Yaşıl Energetikanın potensialından danışaraq yaşıl energetikanın Avropa İttifaqı ölkələlərinin bu sahədə olan çağırışlarından irəli gələn problemlərin həll yolu ola biləcəyini söyləyib. O iqlim fəaliyyəti üzrə əməkdaşlığın əhəmiyyətindən danışıb.

Daha sonra ekspertlər iştirakçıların suallarını cavablandırıblar.

Tədbir panel sessiyalarla davam edib.

Seminarda, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Belçika Krallığının Azərbaycandakı səfiri Mişel Pitermans, Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Torma, Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbərinin müavini Zoltan Salay, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze iştirak ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts