Antalyaya bu il hava yolu ilə 5 milyondan çox turist gəlib

Tokio, 25 iyun , /AJMEDIA/

Türkiyənin turizm paytaxtı Antalyaya bu ilin ötən dövründə hava yolu ilə gələn qonaqların sayı 5 milyonu ötüb.
AJMEDIA TRT telekanalına istinadla xəbər verir ki, Antalya valisi Ersin Yazıcı sosial media hesabından etdiyi paylaşımda şəhərin dörd mövsüm boyunca turizm təqdim etdiyini, “Türkiyənin qonaq otağı” olduğunu bildirib. Onun sözlərinə görə, iyunun 24-dək Antalyaya beynəlxalq xətlərdən 5 milyon 71 min 305 nəfər turist gəlib.
Ersin Yazıcı deyib ki, iyunun 17-də 86 min 278 xarici turistin gəlişi ilə ilin gündəlik rekordunu qıran Antalya iyunun 24-də təyyarələrlə gələn 90 min 853 əcnəbi qonağı qəbul etməklə bu rekordu yeniləyib.
Şəhər ilin sonuna qədər turist sayının 16 milyona çatmasını hədəfləyir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts