Amerikalı səfir Petrosyanın evinə getdi – Qəribə görüş

Tokio, 1 avqust , /AJMEDIA/

ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kuin Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın evində olub.

AJMEDIA xəbər verir ki, bir saatdan artıq davam edən söhbət zamanı əsasən Qarabağdakı son vəziyyətlə bağlı məsələlərə toxunulub.

Görüşdə ABŞ-ın Ermənistandakı səfirliyinin siyasi və iqtisadi şöbəsinin rəhbəri Alison Hanna, siyasi departamentin rəhbəri Cennifer Hedda və birinci prezidentin ofisinin direktoru Avetis Avaqyan da iştirak ediblər.

Siyasi ekspertlər bu görüşü qəribə adlandırıb. Çünki hazırkı şəraitdə ABŞ səfiri ilə Levon Ter-Petrosyanın hansısa vəziyyəti müzakirə edəcəyi Ermənistan hakimiyyəti tərəfindən ciddi qəbul edilmir. Elə erməni cəmiyyəti də diplomatla siyasətçinin qeyri-rəsmi görüşü ilə bağlı rəsmi informasiyanı təəccüblə qarşılayıb

Follow us on social

Facebook Twitter Youtube

Related Posts