Almaniyada NATO-nun irimiqyaslı hərbi hava təlimləri başlayıb

Tokio, 12 iyun , /AJMEDIA/

Bu gün Almaniyada NATO-nun irimiqyaslı “Air Defender” hərbi hava təlimlərinə start verilib.
AJMEDIA Deutsche Presse-Agentur (DPA) agentliyinə istinadla xəbər verir ki, iyunun 23-dək davam edəcək təlimlərdə 25 ölkədən 10 min hərbçi iştirak edir. Manevrlərə, həmçinin 250 təyyarə, o cümlədən ABŞ-ın beşinci nəsil çoxməqsədli F-35 qırıcıları cəlb olunub. Şimali Atlantika Alyansı “Air Defender” təlimləri çərçivəsində PUA və qanadlı raket hücumlarının dəf olunmasını məşq edəcək.
Manevrlərin məqsədi NATO-ya potensial hücum ssenarisi üzərində işləmək və hərbi blokun istənilən təhlükəyə hazır olduğu barədə Rusiyaya açıq siqnal verməkdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts