Almaniyada İŞİD qruplaşmasının yeddi tərəfdarı həbs olunub

Tokio, 1 iyun , /AJMEDIA/

Almaniya polisi İŞİD terror qruplaşmasının Suriya qoluna maliyyə dəstəyi verməkdə şübhəli bilinən 7 nəfəri həbs edib.
AJMEDIA Euronews telekanalına istinadla xəbər verir ki, dörd qadın və üç kişi terror təşkilatı üçün ianə toplayırmış. Yığılan pulun həbs edilmiş İŞİD üzvlərinin Suriyadakı düşərgələrdən qaçmasına kömək məqsədi daşıdığı ehtimal olunur.
Almaniyanın bir neçə əyalətində keçirilən əməliyyatlar zamanı saxlanılan həmin şəxslər Federal Məhkəmə qarşısına çıxarılacaq.
Saxlanılanlar arasında dörd Almaniya vətəndaşının, həmçinin bir Kosovo albanı, bir türk və bir mərakeşlinin olduğu bildirilir. Onlar həbs olunana qədər 65 000 avrodan çox pul toplayıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts