ABŞ Ukraynaya 1,2 milyard dollar dəyərində yeni hərbi yardım paketi ayırıb

Tokio, 9 may , /AJMEDIA/

ABŞ hakimiyyəti Ukraynaya hava hücumundan müdafiə sistemləri və sursat da daxil olmaqla, 1,2 milyard dollar dəyərində yeni hərbi yardım paketi ayırıb.
AJMEDIA xəbər verir ki, bu barədə çərşənbə axşamı Pentaqonun yaydığı bəyanatda deyilir.
Bildirilib ki, yardım paketinə hava hücumundan müdafiə sistemləri və döyüş sursatları, radar stansiyalarının Ukrayna hava hücumundan müdafiə sistemləri ilə inteqrasiyası üçün avadanlıqlar, pilotsuz uçuş aparatlarına qarşı mübarizə üçün sursatlar daxildir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts