ABŞ-da güclü daşqın: Körpülər və yollar dağılıb, aviareyslər ləğv edilib

Tokio, 10 iyul , /AJMEDIA/

ABŞ-ın şimal-şərq regionu dağıdıcı daşqınların təsirinə məruz qalıb.
AJMEDIA xəbər verir ki, Nyu-York, Pensilvaniya, Nyu-Cersi ştatlarına düşən yağıntının miqdarı aylıq normaya bərabər olub. Bir neçə bölgədə fövqəladə vəziyyət elan edilib.
Hudzon çayının məcrasından çıxdığı, azı bir nəfərin öldüyü, bir neçə nəfərin isə itkin düşdüyü bildirilir. Körpülər dağılıb, magistral yollar su altında qalıb, 1500-dən çox aviareys ləğv edilib. Hakimiyyət orqanları yerli sakinləri hündür yerlərə çıxmağa çağırıb.
İnfrastrukturun dağılması səbəbindən xilasedicilər hələ də bəzi yaşayış məntəqələrinə gedib çıxa bilmirlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts