Misirin “Dünyanın məşhur mətbəxlərinə səyahət” verilişində Azərbaycandan bəhs olunub

Tokio, 13 iyun, /AJMEDIA/

Misirdə sosial şəbəkələrdə fəaliyyət göstərən “Hala Podcast” kanalında “Dünyanın məşhur mətbəxlərinə səyahət” verilişində Azərbaycan haqqında danışılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, “Azərbaycanı kəşf et!” layihəsinin rəhbəri Sədaqət Əliəşrəf verilişdə Azərbaycanın təbliği məqsədilə mədəniyyətimiz, adət-ənənələrimiz və milli mətbəximiz haqqında məlumat verib.

Soydaşımız Azərbaycanda martın 21-də Novruz bayramının qeyd olunmasından danışıb, bayram xonçasını nümayiş etdirib. O, həmçinin bayramda hazırlanan müxtəlif növ təamlardan danışıb.

Verilişi aşağıdakı linkdən izləmək mümkündür:

Follow us on social

Facebook Twitter Youtube

Related Posts