Paşinyan: KTMT Ermənistanın təhlükəsizliyinə təhdidlər yaradır

Tokio, 18 sentyabr, /AJMEDIA/

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna, suverenliyinə və dövlətçiliyinə təhdidlər yaradır.

AJMEDIA xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 18-də qlobal erməni sammitində çıxışı zamanı söyləyib.

Ölkəsinin KTMT-də üzvlüyünü dondurduğunu xatırladan N.Paşinyan deyib: “Ermənistan KTMT-yə qayıtmağa cəhd edir, yoxsa qayıtmağı düşünür? Yalnız qaldırdığımız suallara konkret cavablar verilsə, KTMT-dəki fəaliyyətimizi tam bərpa edəcəyik. Təşkilat qarşısında qaldırdığımız suallara cavab verilməlidir. Bu cavablar səslənənə qədər Ermənistan hər ötən an KTMT-dən daha da uzaqlaşır”.

“Aviasiyada “geri dönüş olmayan nöqtə” ifadəsi var. Əgər bu nöqtəni hələ keçməmişiksə, o zaman belə vəziyyət davam edərsə, geri dönüşü olmayan bu nöqtəni keçəcəyimiz ehtimalı yüksəkdir. Heç kimin bizi bununla bağlı ittiham etmək üçün qanuni əsası olmayacaq”, – deyə Paşinyan vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts