Tramp prezidentliyə namizədliyini rəsmən qəbul edib

Tokio, 19 iyul , /AJMEDIA/

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyasının onun prezidentliyə namizədliyini irəli sürməsini rəsmən qəbul edib. AJMEDIA-nın məlumatına görə, Tramp Miluokidə keçirilmiş Respublikaçılar Partiyası Milli Qurultayının son günündə bunu təsdiq edən sənədə imza atıb. Günün sonuna yaxın onun çıxışı gözlənilir.

Qeyd edək ki, 15-18 iyul tarixlərində keçirilən Milli Qurultayda Respublikaçılar Partiyası Donald Trampın namizədliyini irəli sürüb. Həmçinin keçmiş Prezident bu posta yenidən seçiləcəyi halda Ohayo senatoru Ceyms Devid Vansı vitse-prezident təyin edəcəyini elan edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts