Filippinin Banqsamoro şəhərində daşqınlar nəticəsində ölənlərin sayı səkkizə çatıb

Tokio, 15 iyul , /AJMEDIA/

Filippinin cənubundakı Banqsamoro şəhərində baş verən güclü daşqın nəticəsində ölənlərin sayı səkkizə çatıb.

AJMEDIA “Philippine news agency” agentliyinə istinadla xəbər verir ki, bölgədə leysan yağışlarının doğurduğu fəsadların qarşısının alınması istiqamətində işlər davam etdirilir.

Bildirilib ki, daşqınlar qonşu Kotabato, Sultan Kudarat və Maguindanao del Norte əyalətlərinə də təsirsiz ötüşməyib.

Filippin Milli Fəlakət Riskinin Azaldılması və İdarəetmə Şurasının açıqlamasına görə, keçən həftədən bəri yağan güclü leysan nəticəsində yaranan daşqın Cənub-Şərqi Asiya ölkəsinin beş bölgəsində 60 mindən çox ailəyə təsir edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts