Tokio, 8 iyul , /AJMEDIA/
Gürcüstanda gecə saatlarında ard-arda iki dəfə zəlzələ olub.
AJMEDIA xəbər verir ki, bu barədə Gürcüstan Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanlar Samtsxe-Cavaxetiya regionunun Ninotsminda şəhərindən 24 kilometr aralıda, Sameba kəndi yaxınlığında qeydə alınıb.
Birinci təkanlar 4 bal, ikincisi isə 3,5 bal gücündə olub.
Dağıntı və tələfat barədə məlumat verilmir.