Burkina-Fasoda Fransanın “TV5 Monde” kanalının yayımı dayandırılıb

Tokio, 22 iyun , /AJMEDIA/

Burkina-Faso hökuməti ölkədəki təhlükəsizlik vəziyyəti ilə bağlı qərəzli şərhlər yaydığına görə Fransanın “TV5 Monde” kanalının yayımına qadağa qoyub. Həmçinin telekanal 76 min avro məbləğində cərimə edilib.

AJMEDIA xəbər verir ki, “TV5 Monde”nin yayımı ölkədə hərbi kazarmada üsyan olması ilə bağlı yalan məlumata görə dayandırılıb.

Burkina-Faso Silahlı Qüvvələrinin baş qərargah rəisi “TV5 Monde” kanalının yaydığı məlumatdan sonra sosial şəbəkələrdəki şayiələri əsassız və yalan adlandırıb.

Xatırladaq ki, “TV5 Monde” kanalının yayımı cari ilin aprelində də ikihəftəlik müddətə dayandırılmışdı.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts