Tokio, 11 may , /AJMEDIA/
Tailandda cari ilin əvvəlindən 61 nəfər günvurmadan ölüb.
AJMEDIA xəbər verir ki, bu barədə Tailandın Səhiyyə Nazirliyi məlumat yayıb.
Ölkənin şimalında havanın temperaturu 44,2 dərəcə Selsiyə çatıb ki, bu da 2023-cü ildəki rekord göstəriciyə (44,6 dərəcə Selsi) yaxındır.
Paytaxt Banqkokda temperatur 40 dərəcəni keçib. Yaşlılara və xroniki xəstəliyi olanlara xüsusilə diqqətli olmaları tövsiyə edilib.