Tokio, 26 yanvar , /AJMEDIA/
Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.
AJMEDIA xəbər verir ki, o, istefa ərizəsini ölkə parlamentinə təqdim edib. Dimitar Kovaçevski qanunun tələbini yerinə yetirdiyini deyib.
Qanunvericiliyə əsasən, hazırkı hökumət ümumi seçkilərə 100 gün qalmış istefa verməlidir. Seçkilər mayın 8-nə təyin olunub. Ölkəni seçkilərə hazırlamaq üçün texnokratik hökumət qurulacaq. Yanvarın 28-də müvəqqəti hökumətin parlamentdə səsverməsi gözlənilir.
Qeyd edək ki, Şimali Makedoniya parlamentinin sədri Tələt Cəfəri də tutduğu vəzifədən istefa verib.