Tokio, 4 yanvar , /AJMEDIA/
Koreya Respublikası və ABŞ KXDR-dən gələn nüvə-raket təhlükəsinə qarşı çıxmaq üçün 2024-cü ilin birinci yarısında gücləndirilmiş çəkindirmə sisteminin formalaşdırılmasını başa çatdıracaq.
AJMEDIA xəbər verir ki, bunu Koreya Respublikasının Prezidenti Yoon Seok Yeol Yeni ildə xalqa müraciətində deyib.
“Yonhap” xəbər agentliyi prezidentin sözlərindən sitat da gətirib: “Bu ilin birinci yarısından əvvəl Şimali Koreyanın bütün nüvə və raket təhdidlərinin qarşısını almaq üçün Cənubi Koreya və ABŞ təhlükəni birgə dəf edəcək”.
Genişləndirilmiş çəkindirmə Vaşinqtonun müttəfiqini qorumaq üçün nüvə də daxil olmaqla bütün vasitələrdən istifadə etməyə hazır olduğunu ifadə edir. Yoon Seok Yeol bildirib ki, Cənubi Koreya hakimiyyəti KXDR-dən gələn təhdidlərin qarşısını almaq üçün çoxlu sistemi sürətlə təkmilləşdirməyə davam edəcək.
Dekabrın ortalarında Koreya Respublikası və ABŞ-nin Nüvə Planlaşdırılması Məsləhət Qrupunun ikinci görüşü baş tutub. Prezident administrasiyasının Milli Təhlükəsizlik Departamenti rəhbərinin müavini Kim Tae-Hyo bildirib ki, Seul və Vaşinqton 2024-cü ilin ortalarına qədər nüvə strategiyalarının planlaşdırılması və həyata keçirilməsi ilə bağlı əsas prinsiplərin formalaşdırılmasını başa çatdırmaq barədə razılığa gəliblər.
“Başqa sözlə, biz Şimali Koreyadan gələn təhdidlərin qarşısını almaq və onlara cavab vermək üçün ümumi prinsiplərin formalaşdırılmasını yekunlaşdırmağa razılaşdıq”.