Tokio, 5 oktyabr , /AJMEDIA/
Hindistanın şimal-şərqində qəfil yağan leysanın səbəb olduğu daşqınlar bir neçə şəhəri su altında qoyub.
AJMEDIA xarici KİV-ə istinadla xəbər verir ki, ilkin məlumata görə, təbii fəlakət nəticəsində azı 14 nəfər ölüb, daha 102 nəfər itkin düşüb. İtkin düşənlər arasında 22 hərbçinin də olduğu bildirilir.
Daşqınlar oktyabrın 4-də başlayıb. Təxliyə olunan 22 min nəfər 26 müvəqqəti sığınacaqda yerləşdirilib. Zərər çəkən 2 minə yaxın insan xilas edilib. Sel suları 11 körpünü dağıdıb, 270-dən çox evə ciddi ziyan vurub, regiondakı dörd rayonda məktəblər bağlanıb.
Hindistanın Baş naziri Narendra Modi mərkəzi hökumətin təbii fəlakətdən zərər çəkən bölgəyə lazımi yardım göstərəcəyini vəd edib.
Alimlər ölkədəki daşqınla oktyabrın 3-də Nepalda baş vermiş zəlzələ arasında mümkün əlaqəni araşdırırlar.