Tokio, 25 sentyabr , /AJMEDIA/
Bazar günü naməlum şəxs Kubanın Vaşinqtondakı səfirliyinə iki “molotov kokteyl” atıb.
AJMEDIA xəbər verir ki, bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilla “X” sosial hesabında yazıb.
“Kubanın ABŞ-dakı səfirliyi iki “molotov kokteyl”i atan şəxs tərəfindən törədilən terror aktının hədəfinə çevrilib. Diplomatik missiyanın əməkdaşları arasında itki yoxdur”, – deyə nazir bildirib.
Diplomat qeyd edib ki, bu, 2020-ci ildən bəri Kubanın ABŞ-dakı diplomatik missiyasına ikinci hücumdur.
