Havayda meşə yanğınlarında ölənlərin sayı 89 nəfərə çatıb

Tokio, 13 avqust , /AJMEDIA/

Havay adalarından birində Maui adasında baş verən yanğınlar nəticəsində ölənlərin sayı 89 nəfərə çatıb.
AJMEDIA xəbər verir ki, bu barədə ştatın qubernatoru Coş Qrin mətbuat konfransında bildirib.
Qubernator qeyd edib ki, Mauidə baş verən bu hadisə ABŞ-da bir əsrdən artıq müddətdə ən ölümcül meşə yanğını olub. ” Ölənlərin sayının artacağı gözlənilir. İnsanların buna hazır olmasını istərdik”, – deyə C.Qrin sözlərinə əlavə edib.
Daha əvvəl ölənlərin sayının 80-ə yaxın olduğu bildirilirdi. Son məlumatlara görə, 2,2 mindən çox bina dağılıb.
Qeyd edək ki, Havay arxipelaqının kiçik adalarından biri olan Mauidə meşə yanğını avqustun 9-da başlayıb. Güclü külək səbəbindən yanğın qısa zamanda turistik şəhər olan Lahaina keçib və şəhər tamamilə yanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts