Tokio, 9 avqust , /AJMEDIA/
Moskva vilayətinin Segiyev Posad şəhərindəki zavodda partlayışın təxribat nəticəsində baş verdiyi ehtimal edilir.
AJMEDIA xəbər verir ki, Zaqorsk optika-mexanika zavodunun ərazisində pirotexnikanın saxlanıldığı anbarda partlayış nəticəsində xəsarət alanların sayı 43 nəfərə çatıb. Onlardan 6 nəfərin vəziyyəti ağırdır.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun sözlərinə görə, dağıntılar altında 5 nəfərin qaldığı ehtimalı var.
Hadisə ilə əlaqədar təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə cinayət işi açılıb.