Avropa İttifaqı 2,4 min ukraynalını müalicə üçün qəbul edib

Tokio, 6 avqust , /AJMEDIA/

Avropa İttifaqı ölkələrinin 21-də 2,4 mindən çox Ukrayna vətəndaşı müalicə üçün qəbul edilib.
AJMEDIA xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.
“Avropa Mülki Müdafiə Mexanizmi vasitəsilə 2400-dən çox ukraynalı xəstə bütün Avropadakı xəstəxanalara xüsusi müalicə üçün göndərilib”, – Avropa Komissiyasının (AK) məlumatında bildirilib.
AK bu şəxslərin xəstəxanalarda nə qədər qaldığını və onların hərbi və ya mülki şəxs olub-olmadığını dəqiqləşdirmir.
Qeyd edək ki, 2022-ci ildə Avropa İttifaqı və NATO münaqişə zamanı yaralanan və müxtəlif xəstəliklərə məruz qalan Ukrayna ordusunun hərbçilərinin Avropada tibbi yardım alması və reabilitasiyadan keçməsi barədə razılığa gəlmişdi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts