Tokio, 21 oktyabr , /AJMEDIA/
Azərbaycan ilə Əlcəzair arasında diplomatik və xidməti pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş təsdiq edilib.
AJMEDIA xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi parlamentin oktyabrın 21-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.