14 mayda qazandığımız uğuru zəfərə aparmağın zamanıdır – Mövlud Çavuşoğlu

Tokio, 18 may , /AJMEDIA/

Türkiyədə 14 may tarixində keçirilən seçkilərin qalibi türk demokratiyasıdır.

AJMEDIA xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Cümhur İttifaqının mətbuat konfransında bildirib.

“Türkiyə xalqı Cümhur İttifaqına olan inamını parlamentdə 322 millət vəkilinin seçilməsi ilə göstərdi. Prezident Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi indi 14 mayda qazandığımız uğuru zəfərə aparmağın zamanıdır. R.T.Ərdoğanın seçkilərin ikinci turunda da qalib gələcəyindən heç şübhəmiz yoxdur”, – deyə Çavuşoğlu qeyd edib.

Qeyd edək ki, Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçirilib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts