Əfqanıstanda daşqınlar azı 22 nəfərin həyatına son qoyub

Tokio, 23 iyul , /AJMEDIA/

Əfqanıstanın mərkəz hissəsində yerləşən Vardak əyalətində daşqınlar azı 22 nəfərin həyatına son qoyub.
AJMEDIA xəbər verir ki, Ariana News telekanalının yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, təbii fəlakət nəticəsində daha 40 nəfər itkin düşüb.
Əyalətin bir neçə rayonunda yüzlərlə ev tamamilə və ya qismən dağılıb, kənd təsərrüfatı əkinlərinə ziyan dəyib. Bölgədə bəzi yollar, o cümlədən Bamiyan şəhərini paytaxt Kabillə birləşdirən avtomobil yolu bağlanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts