Əfqanıstanda dəfn mərasimində törədilən partlayışda 16 nəfər ölüb

Tokio, 8 iyun , /AJMEDIA/

Əfqanıstanın şimal-şərqində yerləşən Bədəxşan əyalətində yerli məmurun dəfnində baş verən partlayış nəticəsində ən azı 16 nəfər həlak olub.
AJMEDIA TOLO news telekanalına istinadla xəbər verir ki, partlayış əyalətin administrativ mərkəzi Feyzabad şəhərindəki məscidlərin birində törədilib. Həyatını itirənlər arasında “Taliban” hərəkatının səhra komandirinin də olduğu bildirilir.
“Hasht-e Subh” nəşri hadisədən sonra şəhərdə silahlı toqquşmaların başladığı və hazırda da davam etdiyi barədə məlumat yayıb.
Qeyd edək ki, dəfn edilən şəxs – Bədəxşan əyaləti qubernatorunun müavini iyunun 6-da avtomobilinin partladılması nəticəsində həlak olmuşdu.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts