Tokio, 24 iyun , /AJMEDIA/
“Zirə” 3 futbolçu ilə müqavilə müddətini artırıb.
Bu barədə AJMEDIA-ya klubun mətbuat xidmətindən məlumat verilib.
Son 3 mövsümü icarə əsasında “Zirə” komandasında olan Hacıağa Hacılı ilə iki, Anar Nəzirovla isə bir illik müqavilə imzalanıb.
Həmçinin ötən mövsümü icarə əsasında “Zirə”də çıxış etmiş Rüstəm Əhmədzadə daha bir illik icarəyə götürülüb.
“Qarabağ”a məxsus hücumçu növbəti mövsümün sonuna qədər “Zirə”də çıxış edəcək.